Rusiya Federasiyası Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi uşaqların mədəni həyata cəlb edilməsi və mədəni sərvətlərlə tanışlığı məqsədi ilə yeni proqram qəbul edib. Noyabrın 15-dən dekabrın 31-dək 18 yaşına çatmamış uşaq və yeniyetmələr respublikanın muzeylərini pulsuz ziyarət edə biləcəklər.
Onlar böyüklərin müşayiəti ilə (bir uşaq – bir böyük) Mədəniyyət Nazirliyinin tabeliyindəki 10 muzey və qoruq-muzeyi ödənişsiz gəzə biləcəklər. Ziyarət proqramına “Kazan Kremli” Dövlət Tarix-Memarlıq və Sənət Muzey-Qoruğu, Bilyar Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğu, Tatarıstan Milli Muzeyi, Qabdulla Tukay Dövlət Ədəbiyyat Xatirə-Muzey Kompleksi, Tatarıstan Dövlət Təsviri Sənət Muzeyi və digər mədəniyyət məkanları qoşulub.
Gülcahan