Lənkəran Regional Mədəniyyət İdarəsi (RMİ) və Azərbaycan Yazıçılar Birliyi (AYB) Lənkəran bölməsinin təşkilatçılığı ilə şəhər MKS-nin Uşaq şöbəsində gənc şair Əyyub Türkayla görüş keçirilib.
Şair bu il çapdan çıxmış “Balacaların şeir çələngi” kitabını uşaqlara təqdim edib, onlar üçün kitabdan şeirlər oxuyub. Uşaqlar da şeirlər söyləyib, rəqs nömrələri nümayiş etdiriblər.
Daha sonra Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov, AYB Lənkəran bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad və digərləri çıxış edərək uşaq ədəbiyyatının inkişaf etdirilməsindən danışıb, uşaq yazarları ilə balaca oxucuların görüşlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.