Sabirabad RMİ Şirvan Şəhər Mədəniyyət Mərkəzində Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında hazırlanmış “Qarabağdan namə” adlı tamaşa nümayiş olunub.

Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhər ümumtəhsil məktəblərinin şagirdləri tamaşanı izləyiblər.

Səhnə əsərinin nümayişindən sonra Fərid Qurbanzadə çıxış edərək Qarabağın tarixinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb, şanlı tariximizin təbliğində, gənc nəslin vətənpərvər ruhda yetişməsində bu cür layihələrin əhəmiyyətini qeyd edib.

Ssenari müəllifi və quruluşçu rejissoru Elşən İsmayıl olan tamaşada rolları Azər Həsənov, Firuzə Abbasova, Rasim Vəliyev, Rövşən Babayev, Vəkil Həsənov, Esmira Bəşirli, Zaur Kərimli, Dilarə İsmayıllı, Vüqar Hüseynli, Ədalət Əkbərov və Musa Cəfərzadə ifa ediblər.

Nurəddin