Biləsuvar RMİ Biləsuvar Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Pəncərə” teatrı “Qisas” adlı yeni tamaşasını təqdim edib. İlk olaraq Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Qisas” tamaşasında müharibədə döyüşərək əsgərlərini itirən komandirin həyat hekayəsindən söhbət açılır. Yazıçı-publisist Ruhiyyə Abbaszadənin hekayəsinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Cahangir Məlik, rejissoru İlqar Dadaşov, musiqi tərtibatçısı Rizvan Feyzullayevdir. Tamaşada rolları Cahangir Məlik, Günel Mirzəyeva, Adil Əhmədov, Sevil Abıyeva, Seymur Həsənov, Masallı Xalq teatrının aktyoru Cəmaləddin Əliyev və başqaları canlandırıb.

Nurəddin