Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Şəkidəki Heydər Əliyev Mərkəzində şəhər İncəsənət məktəbi ilə birgə Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Azərbaycan ətirli bəstəkar” adlı tədbir keçirib.
Mərkəzi İncəsənət Məktəbinin müəllimi musiqişünas Nərgiz Kərimova dahi bəstəkarın musiqi dünyasından söhbət açıb.
Mərkəzi İncəsənət Məktəbinin müəllimləri, həmçinin “Zirvə” folklor instrumental ansamblı (bədii rəhbər Şəki şəhər İncəsənət məktəbinin direktoru Eldar Rəcəbov) və şəhər İncəsənət məktəbinin orkestrinin bir-birindən gözəl ifaları dinləyicilərə musiqi bayramı yaşadıb.
Sonda Şəki RMİ-nin rəisi Azər Yusubov çıxış edərək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əməkdar artist Əziz Qarayusifliyə və Şəki şəhər İncəsənət məktəbinin direktoru Eldar Rəcəbova, konsertin bütün iştirakçılarına minnətdarlığını bildirib.