Milli Kitabxanada ötən ilin son sərgisi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub.

Bu münasibətlə keçirilən tədbirdə qeyd olunub ki, “Heydər Əliyev İli” elan olunan 2023-cü ildə Milli Kitabxana tərəfindən silsilə tədbirlərin, müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

2023-cü ildə Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi də qeyd ediləcək.

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı kitab sərgisində bu əlamətdar tarixlə bağlı, eləcə də dahi azərbaycanlı, Ulu öndər Heydər Əliyev haqqında nəşrlər yer alıb.