Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ötən il 3383 nəfər yerli və xarici turist səfər edib.
Bu barədə məlumat verən qoruğun direktoru Zahir Kərimov bildirib ki, ziyarətçilərin 2528 nəfəri yerli, 855 nəfəri isə xarici ölkələrdən gələn turistlər olub.
Direktorun sözlərinə görə, əcnəbi turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, Kanada, Türkiyə, İtaliya, Polşa, Almaniya, İspaniya, İsrail və digər ölkələrdən gələnlər olub.
Ziyarətçilərə qoruq ərazisində görülən işlər, Qəbələ Arxeoloji Ekspedisiyasının Antik şəhər yeri, Səlbir və Qala ərazilərində dövri olaraq aparılan arxeoloji qazıntılar, aşkara çıxarılan maddi mədəniyyət nümunələri, həmçinin Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan eksponatlar barədə məlumat verilib.
Nurəddin