Dünya şöhrətli pianoçu və aranjimançı Riçard Klayderman ilk dəfə Bakıda konsert verəcək. Fransalı musiqiçi (əsl adı Filip Pajes) martın 7-də orkestrin müşayiəti ilə Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.
1953-cü ildə anadan olan Riçard Klayderman 12 yaşında konservatoriya təhsili almağa başlayıb, 23 yaşından peşəkar pianoçu kimi səsyazma studiyalarında çalışıb. İndiyədək onun ifasında 1200-dən çox musiqi əsəri yazılıb. İfaçının ümumi tirajı 90 milyonu keçən 100-dən çox kompakt-diski buraxılıb. O, “dünyanın ən uğurlu pianoçusu” kimi “Ginnesin rekordlar kitabı”na düşüb.