Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhidlərə, qazilərə və Zəfərimizin simasına çevrilən analara həsr olunan “Bir nəfəs qədər” tamaşasının yanvarın 20-də keçiriləcək növbəti nümayişi “Qara Yanvar” şəhidlərinin xatirəsinə ithaf olunacaq. Samir Qulamovun pyesi əsasında hazırlanan tamaşaya müəllif özü quruluş verib.
Fikrət Əmirovun musiqilərindən istifadə olunan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Tamaşada Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə edilib.
Rolları Nahidə Orucova, Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov və Murad Əliyev oynayırlar.