Xəbər verdiyimiz kimi, tanınmış rusiyalı aktyor, rejissor, “Qızıl maska” mükafatı laureatı Konstantin Soldatov Bakıda aktyorlara təlim keçib.

Yanvarın 14-də rusiyalı mütəxəssisin “Ritual mobil teatr laboratoriyası” layihəsi çərçivəsində keçdiyi ustad dərsində iştirakçılar oyunçunun ruhunun axtarışı, özünütəqdimat, özünə kənardan baxış kimi ifaçılıq vasitələrini sınayıblar.

K.Soldatov Moskvadakı B.Şukin adına Teatr İnstitutunun müəllimidir. Aktyorluq texnikası üzrə kursun müəllifi, “Müasir dram məktəbi”, “Meyerhold mərkəzi” kimi layihələrin rejissorudur.