Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Tariximizin qəhrəmanlıq salnaməsi – 20 Yanvar ” adlı sərgi açılıb.
Birliyin sədri Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov, Naxçıvan Müəllimlər İnstitutu İncəsənət kafedrasının müdiri Həbibə Allahverdiyeva tədbirdə çıxış ediblər. Vurğulanıb ki, sərgidə nümayiş etdirilən rəsm əsərlərində xalqımızın Vətənin müdafiəsinə qalxması, ədalətsizliyə qarşı öz haqq səsini ucaltması motivləri öz əksini tapıb.
Sonra sərgiyə baxış olub. Sərgidə muxtar respublikada fəaliyyət göstərən 12 rəssamın plakat, portret və digər janrlarda yağlı və sulu boya ilə işlədikləri 36 rəsm əsəri nümayiş olunur.