Yanvarın 20-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq artisti Aleksandra Nikuşinanın “Mənim savaşım” adlı monotamaşası təqdim olunacaq. Səhnə əsərinin nümayişi Azərbaycan tarixinin hüzn və qürur səhifəsi olan 20 Yanvarın 33-cü ildönümünə ithaf edilib.
Monotamaşa Aleksandra Nikuşinanın müəllifi olduğu şeirlər – “Bu, mənim də savaşımdır” adlı poetik silsilə əsasında səhnələşdirilib.
2021-ci ildə, Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərinin ildönümü münasibətilə hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, dekorasiya üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorovdur.