Azərbaycan İstiqlal Muzeyinin 2022-ci ildən başladığı “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi davam edir. Yanvarın 27-də layihə çərçivəsində daha bir sərgi-tədbir keçiriləcək.

Layihə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə həyata keçirilir.

Muzeydən bildirilib ki, “Vətənin qürur mənbəyi” adlı tədbirdə 44 günlük Vətən müharibəsinin şəhidi Aydın Abdullayevin xatirəsi yad olunacaq. Tədbir iştirakçıları Aydın Abdullayevin muzeyin fonduna təqdim edilən şəxsi əşyalarından eksponatlara baxacaqlar.