Xaçmazdakı Heydər Əliyev Mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən son illərdə çap olunan nəşrlərin təqdimatı keçirilib.
Bildirilib ki, “Azərbaycan multikulturalizmi” seriyasından olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında şair və yazıçılarımızın əsərlərində əksini tapan multikultural dəyərlər diqqətə çatdırılır. “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitabda elmi ənənədə qəbul edilmiş mədəni müxtəliflik qədim zamanlardan indiki dövrə qədər təsvir edilir. Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Qafqaz Albaniyasının etno-mədəni irsi” kitabında isə Qafqaz Albaniyasını tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq və incəsənət aspektindən tədqiq edən məqalələr toplanıb. Rusiya, Polşa, Türkiyə, Norveç, İtaliya, Yaponiya və Azərbaycan alimlərinin araşdırmalarından ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsinə sahiblənməsi faktlarına da aydınlıq gətirilib.
Tədbirdə “Azərbaycan multikulturalizmi” dərsliyi haqqında da məlumat verilib.
Nurəddin