Bölgələrdəki mədəniyyət müəssisələrində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif tədbirlər təşkil edilib.

Şəmkir RMİ. Daşkəsəndəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş bilik yarışı keçirilib. “Nə? Harada? Nə zaman?” formatında təşkil olunan yarışda 25-dən çox gənc 5 komandada öz bilik və bacarıqlarını nümayiş etdirib.

***

Ağcabədi RMİ. Ağcabədi Dövlət Rəsm Qalereyasında Gənclər Günü münasibətilə “Azərbaycan gəncləri” adlı sərgi təşkil edilib.

***

Masallı RMİ. Masallı Tarix-Diyarşünaslıq Muzeyi, rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Çıxışlarda Azərbaycan Gəncləri Gününün tarixindən danışılıb, bir qrup gəncə təşəkkürnamələr təqdim olunub.

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Sakit Tag­̆ıyev adına 4 saylı tam orta məktəbdə “Müasir Azərbaycanın inkişafında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

***

Kürdəmir RMİ və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Gənclər Gününün təsis edilməsinin əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin gəncliyə qayğısından bəhs olunub. Daha sonra Kürdəmir rayon Uşaq incəsənət məktəbinin Davud Ələkbərov adına Uşaq xalq çalğı alətləri ansamblı tərəfindən konsert proqramı təqdim edilib.

Əlamətdar günlə bağlı İmişli rayonundakı Heydər Əliyev Mərkəzində də tədbir keçirilib. Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində davamlı işlər görülür.

***

Bərdə RMİ. Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Bildirilib ki, Ümummilli liderin əsasını qoyduğu gənclər siyasəti ölkəmizdə uğurla davam etdirilir. Hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər yetişir. Dövlətin gənclərə dəstək və diqqəti gəncliyin özünə inam hissini artırır.

***

Şəki RMİ. Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxanasının oxu zalında “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib. Bildirilib ki, Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünüb, gənc nəslin inkişafına davamlı qayğı göstərib.

Zaqataladakı Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birgə “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda seminar keçirilib.

***

Sabirabad RMİ. Şirvan şəhər MKS-nin 1 saylı kitabxana filialının təşkilatçılığı ilə “Gənclər sabahın qurucularıdır” mövzusunda tədbir keçirilib. Çıxış edənlər dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev həmişə xalqına arxalanıb, onun gələcəyinə böyük ümidlər bəsləyib.

***

Gəncə RMİ. Goranboy rayon Mədəniyyət Mərkəzinin Borsunlu kənd Mədəniyyət evində “Gənclər bizim gələcəyimizdir!” adlı tədbir keçirilib. Bildirilib ki, Ümummilli lider tərəfindən əsası qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan gəncliyi bir yumruq kimi dövlət başçısının ətrafında birləşərək 44 günlük Vətən müharibəsində şanlı Zəfər çalmağımızda böyük rol oynayıb.

***

Ağstafa RMİ. Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda zona gənclərinin toplantısı keçirilib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və digər qonaqların çıxışları dinlənilib.

Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzinin (Tovuz) kollektivi Gənclər Günü münasibətilə N saylı hərbi hissədə “Vətən sizlərə əmanət” adlı konsert proqramı ilə çıxış edib.

Nurəddin Məmmədli