“Heydər Əliyev İli” münasibətilə regional mədəniyyət idarələrinin (RMİ) müəssisələrində müxtəlif səpkili tədbirlər davam edir.

Gəncə RMİ. Samux rayon Mədəniyyət Mərkəzində “Dahi şəxsiyyət” adlı tədbir təşkil olunub. Qeyd edilib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqil dövlətçiliyini möhkəmləndirmiş, dünya arenasına çıxarmış qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub.

***

İsmayıllı RMİ. Ağsu rayon MKS-də “Heydər Əliyev İli” ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə Ümummilli liderin 100 illiyinə həsr edilən kitab sərgisi nümayiş olunub.

***

Şəki RMİ. Zaqatala rayon Uzuntala kənd klubu və kitabxanasının təşkilatçılığı ilə “Ürəklərdə əbədi yurd salan dahi insan” adlı tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən danışıblar.

***

Masallı RMİ. Masallı rayon Mərkəzi Kitabxanası və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda tədbir keçirilib. Çıxışlarda Ulu öndərin xalqa həsr etdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən bəhs edilib.

***

Ağdaş RMİ. Ucar rayon MKS-nin Mərkəzi Kitabxanasında “Qəlblərdə yaşayan lider” başlıqlı tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən söz açılıb.

***

Şəmkir RMİ. Daşkəsən rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə Ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan bəhs edilib.

***

Ağstafa RMİ. Qazax rayon MKS “Heydər Əliyev və milli-mədəni dəyərlərimiz” adlı tədbir keçirib. Tədbirdə Heydər Əliyevin siyasi irsinin kitabxanalarda təbliği istiqamətində görüləcək işlər müzakirə olunub.

N.Məmmədli