Azərbaycan

 

11 fevral 1914 – Xalq artisti Rəmziyyə Osman qızı Veysəlova (1914 – 23.8.1993) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.

11 fevral 1920 – Ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub.

11 fevral 1929 – Tarixçi alim, Əməkdar elm xadimi, akademik Tofiq Qasım oğlu Köçərli (1929 – 31.10.2007) anadan olub.

11 fevral 1930 – Mədəniyyət xadimi, Prezident təqaüdçüsü Gülara Cəfər qızı Cabbarlı (1930-2018) Bakıda anadan olub. C.Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru işləyib.

11 fevral 1950 – Tanınmış pianoçu, bəstəkar Cahangir Mürsəl oğlu Qarayev (1950 – 15.1.2013) Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib.

11 fevral 1981 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900 - 1981) vəfat edib.

11 fevral 2012 – Xalq artisti, tanınmış bəstəkar, Elza İmaməddin qızı İbrahimova (10.1.1938 – 2012) vəfat edib. Populyar mahnıların müəllifidir.

11 fevral 2015 – Prezident İlham Əliyev görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

12 fevral 1911 – Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 – 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.

12 fevral 1912 – Memar, AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu Qasımzadə (1912 – 12.3.1969) anadan olub.

12 fevral 1921 – Məşhur aktyor Əbülhəsən Anaplı (Məmmədov; 1894, Quba – 1921) vəfat edib. Hacıbəyli qardaşlarının teatr truppasının aparıcı artistlərindən olub.

12 fevral 1923 – Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923 – 6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində doğulub. “Göz həkimi”, “Ana ürəyi”, “Yolayrıcı” və s. pyeslərin müəllifidir. Şeirlərinə mahnılar bəstələnib.

12 fevral 1925 – Filosof, Əməkdar elm xadimi, professor Adil Yusif oğlu Nəcəfov (1925-1989) anadan olub.

12 fevral 1933 – Əməkdar rəssam, heykəltəraş Elmira Mehralı qızı Hüseynova (1933 – 23.1.1995) anadan olub. Həsən bəy Zərdabi (Bakı), Cəfər Cabbarlı (Sumqayıt) və başqa görkəmli şəxslərin abidələrinin müəllifidir.

12 fevral 1933 – Xanəndə, Əməkdar artist Mais Qurban oğlu Salmanov (1933 – 25.7.2008) Şəmkir rayonunun Morul kəndində doğulub. Opera və Balet Teatrının solisti olub.

12 fevral 2014 – Prezident İlham Əliyev böyük maarifçi, tarixçi alim, şair Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

13 fevral 1898 – Xalq artisti Viktor Petroviç Şarlaxov (1898-1989) anadan olub. Dövlət Rus Dram Teatrının aktyoru (1938-1953) olub, Dövlət mükafatına layiq görülüb.

13 fevral 1910 –  Ədəbiyyatşünas alim, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini Həsən bəy Ağayevin qızıdır.

13 fevral 1927 – Xalq artisti Roza Heydər qızı Cəfərxanova (1927 – 18.5.2010) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası olub.

13 fevral 1946 – Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946 – 8.3.2006) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (2002-2006) edib. Kinoda (“Qızıl uçurum”, “Nəğmə dərsi”, “Küçələrə su səpmişəm” və s.) yaddaqalan obrazlar yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” – Nazim, 1978) layiq görülüb.

13 fevral 1948 – Xalq artisti, xanəndə Sabir Məhərrəm oğlu Əliyev (1948 – 22.12.2020) Cəlilabad rayonunda anadan olub. 1968-ci ildən Akademik Opera və Balet Teatrında solist-vokalçı kimi çalışıb.

13 fevral 1952 – Tanınmış aktyor Şahmar Qərib oğlu Qəribli (1952-2018) anadan olub. H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb, filmlərdə çəkilib, tamaşalara quruluş verib.

13 fevral 2009 – Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik, Dövlət mükafatları laureatı  Bəxtiyar Mahmud oğlu Vahabzadə (16.8.1925 – 2009) vəfat edib. 20-dək poemanın, 10 dram əsərinin (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc” və s.) müəllifidir. 

13 fevral 2014 – Prezident İlham Əliyev milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

13 fevral 2022 – Əməkdar incəsənət xadimi, yazıçı-jurnalist Əfqan (Hacıağa oğlu Əsgərov; 23.9.1929 – 2022) vəfat edib. “Qartal əfsanəsi” romanı, “Dədə Bəhmən” trilogiyası və s. əsərlərin müəllifidir.

 

14 fevral 1918 – Memarlıq doktoru, Dövlət mükafatı laureatı Davud Ağa oğlu Axundov (1918 – 19.11.2003) anadan olub. Qafqaz Albaniyası dövründə Azərbaycan memarlığının tarixinə dair əsərlərin müəllifidir.

14 fevral 1925 – Xalq artisti, dirijor, Dövlət mükafatı laureatı Nazim Əsədulla oğlu Rzayev (1925 – 2.5.2006) anadan olub. Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri olub, Türkiyədə çalışıb.

14 fevral 1939 – Əməkdar artist, tanınmış xanəndə Süleyman Cümşüd oğlu Abdullayev (1939 – 23.10.2022) Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub.

14 fevral 1940 – Azərbaycan Televiziyasının ilk diktorlarından Tamara Cəfər qızı Gözəlova-Ağamirova (1940 – 8.5.2020) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində Gülnaz roluna çəkilib. Milli Kitabxanada çalışıb.

14 fevral 1945 – Yazıçı-publisist, şair İntiqam Alı oğlu Mehdizadə (1945 – 8.6.2022) İsmayıllı şəhərində doğulub. Azərbaycan Radiosunda “Bulaq”, “Dan yeri” və s. verilişlərin redaktoru olub.

14 fevral 1980 – Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894 – 1980) vəfat edib. “Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, “Onu bağışlamaq olarmı?” filminin rejissorudur. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

14 fevral 2013 – Prezident İlham Əliyev görkəmli ədəbiyyatşünas, maarifpərvər,  yazıçı-publisist Firidun bəy Köçərlinin 150 illik yubileyi haqqında sərəncam imzalayıb.

14 fevral 2020 – Prezident İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

11 fevral 1900 – Alman filosofu Hans-Georq Qadamer (Hans-Georg Gadamer; 1900-2002) anadan olub.

 

12 fevral 1865 – Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.

12 fevral 1881 – Məşhur  balerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.

 

13 fevral 1873 – Rus opera müğənnisi Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.

13 fevral 1883 – Rus aktyoru və rejissoru, teatr xadimi Yevgeni Baqrationoviç Vaxtanqov (1883-1922) Vladiqafqazda doğulub.

13 fevral 1903 – Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub.

 

14 fevral 1914 – İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi; 1914-1974) anadan olub. “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.

14 fevral 1944 - İngilis rejissoru və ssenaristi Alan Parker (Alan William Parker; 1944 –31.7.2020) anadan olub. “Gecəyarısı ekspessi”, “Mələk ürəyi” filmlərini çəkib, Kann kinofestivalının qalibi olub.

Hazırladı: V.Orxan