Rusiyanın Sankt-Peterburq şəhərində «Dəniz turizmi» IV Beynəlxalq forumu keçirilib. Tədbir «Sankt-Peterburq Rusiyanın dəniz paytaxtıdır» layihəsi çərçivəsində təşkil olunub. Forumda Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov iştirak edib. Baş konsul «Xəzər dənizində kruiz və yaxta turizminin inkişafı perspektivləri. Beynəlxalq əməkdaşlıq» mövzusunda məruzə ilə çıxış edib. O, Xəzəryanı ölkələrin uğurlu əməkdaşlığından söz açaraq, Azərbaycanda müasir nəqliyyat infrastrukturunun, o cümlədən dəniz nəqliyyatının inkişafı üçün infrastrukturun tikintisi üzrə həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verib.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar