Goranboy rayon Mərkəzi Kitabxanası Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar kitab sərgisi təşkil edib. Sərgidə tarix boyu bədnam qonşularımız tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən kitablar nümayiş olunub.

Goranboy rayon Mədəniyyət Mərkəzinin Nadirkənd kənd klubunda “Xocalı qan yaddaşımızdır” adlı anım tədbiri keçirilib. Ermənilərin Xocalıda dinc insanlara qarşı törətdiyi soyqırımının ağır nəticələrindən bəhs edilib.

***

Masallı Dövlət Rəsm Qalereyasında “Salam, Xocalı dərdim!” başlığı altında sərgi təşkil edilib. Fevralın 28-dək davam edəcək sərgidə məktəblilərin və qalereyanın dərnək üzvlərinin rəsmləri nümayiş olunur.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində faciənin 31-ci ildönümü ilə bağlı “İnsanlığa qarşı ən böyük cinayət” mövzusunda tədbir keçirilib.

***

Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbində Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş rəsm sərgisi təşkil olunub.

Nurəddin