Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 100 illik yubileyi münasibətilə “Pillə 2” tələbə tamaşaları festivalına səhnə əsərlərinin qəbuluna başlayıb.

5-9 iyun tarixlərində keçiriləcək festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədi daşıyır.

ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında seçilən səhnə işləri “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu” və “Ən yaxşı qadın rolu” nominasiyaları üzrə təltif olunacaq. Münsiflər heyətinin və gənc tənqidçilərin xüsusi mükafatları da nəzərdə tutulub.