Ağdam Dövlət Dram Teatrında 20 Yanvar hadisələrindən bəhs edən “Ölüm qatarı” adlı tamaşanın premyerası olub.
Gənc yazar Kənan Yusifoğlunun eyniadlı pyesi əsasında hazırlanan səhnə işinə teatrın baş rejissoru Kərim Həsənov quruluş verib. Musiqi tərtibatçısı Elşən Cəfərov, quruluşçu rəssam Qönçə Həzizadədir.
90-cı illərin ağır sosial-siyasi proseslərinə nəzər salınan tamaşada rolları Kərim Həsənov, Elmir Hümbətov, Nurlanə Əliyeva, Elşən Cavadov, Fərhad Fərhadzadə, Ülviyyə Qasımova, Zöhrab İmamalıyev, Camal Zamanov, Səda İbrahimov, Anar Əhmədov, Sadiq Bağırov, Hakim Cəfərli, Elman Məhərrəmov, Fatimə Quliyeva və Sərdar Əlizadə oynayırlar.
Rayon sakinləri ilə yanaşı Gəncədən gəlmiş bir qrup ziyalının da izlədiyi tamaşa maraqla qarşılanıb.