Ucadan oxu günü” (2 mart) ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasında tanınmış uşaq yazarı Gülzar İbrahimova ilə görüş keçirilib.

Qeyd edək ki, “LitWorld” beynəlxalq ictimai təşkilatının təşəbbüsü ilə 2010-cu ildə təsis olunan bu əlamətdar gün müxtəlif ölkələrdə mart ayının birinci həftəsinin çərşənbə günü qeyd olunur. Əsas məqsəd qarşılıqlı təsir yolu ilə öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaqdan ibarətdir.

Görüşdə bildirilib ki, Gülzar İbrahimova “Sehrli dünya” jurnalının baş redaktoru, 60-dan çox kitabın və 44 e-kitabın müəllifidir. Onun “Dünyanın ən güclüsü”, “Tənbəlin nağılı”, “Tülkü balası”, “Su pərisi”, “Od xəzinəsi”, “Göyqurşağı qardaşlarının yeddi nağılı”, “Sehrli nağıllar”, “Dəniz balası”, “Dəhşətli nağıl”, “Göydə neçə ulduz var” və digər kitablarında müxtəlif mövzulu nağıllar və şeirlər toplanıb.

Şagirdlərə mütaliənin əhəmiyyətindən bəhs edən müəllif şeir və nağıllarını səsləndirib, onların suallarını cavablandırıb.