Martın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində “Heydər Əliyev dərsləri”nin ilk məşğələsi keçirilib.
Universitetdəki Heydər Əliyev mərkəzinin müdiri Tahir Süleymanov “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda məruzə ilə çıxış edib.
Heydər Əliyevə həsr olunmuş sənədli film izlənildikdən sonra məşğələ sual-cavab formasında davam edib. Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən dərslər ilin sonunadək universitetin bütün fakültələrində təşkil olunacaq.