Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin iştirakı ilə klassik musiqi konserti keçirilib.

Konsertdə yerli və dünya klassiklərinin əsərləri səsləndirilib.

Tədbirdə “Heydər Əliyev və Mstislav Rostropoviçin dostluq əlaqələri” adlı mühazirə oxunub. Həmçinin Heydər Əliyev və M.Rostropoviçin görüşlərini əks etdirən videogörüntülər təqdim olunub.

Tədbirdə qonaq qismində Xalq artisti Azər Zeynalov, İncəsənət Gimnaziyasının şagird və müəllim kollektivi iştirak edib.

Sonda konsert proqramı ilə çıxış edən şagirdlərə muzey rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim edilib.