Havaların bir müddət əlverişsiz keçməsinə baxmayaraq, bu il Göygöl rayonuna gələn turistlərin sayında azalma müşahidə olunmur. Rayonun Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın bildirdiyinə görə, bir neçə gün aramsız yağan yağışlar bəzi bölgələrdə turistlərin sayına mənfi təsir göstərsə də, Göygöl rayonunda bu sahədə problem yoxdur. Rayonun yaxın istirahət mərkəzlərində indiyədək 8 mindən artıq turistin dincəldiyi qeydə alınıb və mövsümün sonunadək bu rəqəmin 15 min nəfərə çatacağı proqnozlaşdırılır.
Fəxriyyə