Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib
İsmayıllı rayon F.Əzimov adına Uşaq incəsənət məktəbində “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, Azərbaycanda qadınların ictimai fəallığının təşkili məsələsi, mədəniyyət və incəsənət sahəsində çalışan qadınların fəallığının artırılması Heydər Əliyev tərəfindən diqqət mərkəzində saxlanılıb. Tədbirdə şagirdlərin ifasında konsert proqramı təqdim edilib.
***
Ucar Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ziyarət edilib.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəfər Gününün qadın qəhrəmanları” başlığı altında şəhid anaları ilə görüş keçirilib. Mərkəz tərəfindən şəhid analarına və digər ailə üzvlərinə hədiyyələr təqdim olunub.
***
Salyan Dövlət Rəsm Qalereyasında Beynəlxalq Qadınlar Günü münasibətilə balaca rəssamların əl işlərindən ibarət “Fədakar qadınlar” adlı sərgi açılıb.
***
Sabirabad rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən qadın hərəkatına qayğı və dəstək güclənib, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artıb. Tədbirin sonunda istedadlı qadınların əl işlərindən ibarət “Bacarıqlı əllər” sərgisinə baxış olub.
Şirvan şəhər Uşaq musiqi məktəbində qadınların bayramı münasibətilə konsert keçirilib. Məktəbin müəllim və şagird kollektivinin ifasında musiqi nömrələri maraqla qarşılanıb.
***
Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Dünyada ən uca zirvədir ana” adlı tədbir keçirilib.
***
Bərdə rayon Mədəniyyət Mərkəzində “Cənnətimin günəşi” adlı ədəbi-bədii gecə təşkil edilib. Mərkəzin nəzdində fəaliyyət göstərən Bərdə Xalq teatrının hazırladığı “Ağarmış saçlar” tamaşası nümayiş olunub. Çıxış edənlər bildiriblər ki, analar doğma yurdu müqəddəs bilən, milli ideallara sadiq övladlar yetişdirib. Bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə çevrilib.
***
Masallı rayon Heydər Əliyev Mərkəzində də “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda tədbir təşkil edilib. Tədbirdə mədəniyyət sahəsində fəaliyyəti ilə seçilən xanımlara Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsi tərəfindən hədiyyələr təqdim olunub.
***
Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbində keçirilən tədbirdə şagirdlər rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət evində şəhid ailələrinin iştirakı ilə “Qəhrəman ana” adlı tədbir keçirilib. Çıxış edənlər dövlətimizin əsaslarının möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafında, eyni zamanda ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçmiş Vətən oğullarının yetişməsində Azərbaycan qadınının rolundan söz açıblar.
Nurəddin Məmmədli