Martın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operası nümayiş olunacaq.

Toska partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artist Viktoriya Çenskaya və Skarpia rolu üçün isə Belarus Akademik Böyük Teatrının solisti, Xalq artisti Vladimir Qromov dəvət olunublar. Əsas partiyalardan biri olan Kavaradossini Əməkdar artist Azər Rza, Rizniçiy partiyasını Xalq artist Əkrəm Poladov ifa edəcəklər.

Səhnə əsərində həmçinin Əməkdar artistlər Cahangir Qurbanov, Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə və başqaları iştirak edəcəklər.

Opera teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.