Yevlax şəhərində Kür çayının sahilində bulvar kompleksi inşa edilir. Ərazisi 8 hektardan artıq, uzunluğu 2500 metr olan bulvar kompleksinin artıq 1500 metrlik hissəsində işlər yekunlaşıb. Bulvarın 30 metr enində 1,5 hektar hissəsi Kür çayının üzərindədir.
   Bulvar kompleksində meydançalara dekorativ plitə döşənib, divarlar, sütunlar, tağbəndlər ağlay daşla üzlənib, 16 fəvvarə, 2 şəlalə tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada uşaq əyləncə qurğuları və beşulduzlu hotel də inşa edilir.
   Bulvar kompleksinə gedən yol genişləndirilib, avtomobil dayanacağı inşa edilib. İstirahət kompleksində işlərin birinci mərhələsinin sentyabrda yekunlaşdırılması nəzərdə tutulur. Bulvar kompleksi istifadəyə verildikdən sonra yevlaxlıların və şəhərin qonaqlarının ən sevimli istirahət guşəsinə çevriləcək.

   Fəxriyyə