Səfər zamanı rahat istirahət qədər turistlərə təqdim olunan yeməklər də olduqca böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən dünyanın məşhur turist məkanlarında qonaqlara yüksək səviyyəli menyu təqdim olunur. “Hotels.com” tərəfindən turistlərin ən çox üstünlük verdiyi yeməklər üzrə sorğu aparılıb. Sorğuda dünyanın demək olar ki, bütün ölkələrini təmsil edən 27 min turist iştirak edib. Nəticələrə görə, dünya turistlərinin bəyəndiyi ölkələrin mətbəxi belə sıralanıb: 1. İtalyan mətbəxi: 32 %; 2. Fransız mətbəxi: 24 %; 3. Yapon mətbəxi: 18 %; 4. Çin mətbəxi: 13 %; 5. İspan mətbəxi: 11 %; 6. ABŞ: 10 %; 7. Meksika mətbəxi: 8 %; 7. Tay mətbəxi: 8 %; 9. Hind mətbəxi: 5 %; 10. Tayvan mətbəxi: 5 %.

   Fəxriyyə