Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası "Heydər Əliyev İli" çərçivəsində "Tarix yaradan şəxsiyyət: Heydər Əliyev – 100" layihəsini həyata keçirir. Layihə Ümummilli liderin həyat yolu və siyasi irsinin öyrənilməsi, gənclər arasında təbliği məqsədi daşıyır.

Layihə çərçivəsində kitabxananın əməkdaşları tərəfindən “Heydər Əliyev gənclərin gözü ilə” adlı videomaterial hazırlanaraq istifadəçilərə təqdim edilib. Materialın hazırlanmasında, çəkiliş prosesində Bakı Dövlət Universitetinin tələbələri də iştirak ediblər.

Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafına diqqət və qayğısına həsr olunan videomaterialda müasir kitabxana quruculuğunun təməlinin məhz ötən əsrin 70-ci illərinin əvvəllərində, Ulu öndərin sovet Azərbaycanına rəhbərlik etməyə başladığı ilk zamanlardan qoyulması barədə məlumat verilir.

Videomaterialda Ulu öndərin fotoları, video görüntüləri və haqqında yazılan kitablardan nümunələri təqdim edilib.

“Heydər Əliyev gənclərin gözü ilə” adlı videomaterialla https://ryl.az/multimedia/heyder-eliyev-genclerin-gozu-ile linki vasitəsilə tanış ola bilərsiniz.