Aprelin 7-dən 16-dək Sankt-Peterburqda “Rusiyada görüşlər” adlı XXV Beynəlxalq Rus Teatrları Festivalı keçiriləcək.
Festival görkəmli rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyinə həsr olunub. Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin teatr kollektivləri “Baltika evi” teatr-festivalının binasına toplaşacaqlar.
Ölkəmizi festivalda Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı təmsil edəcək. Aprelin 8-də teatr M.Lermontovun “Maskarad” tamaşasını (rejissor Xalq artisti Aleksandr Şarovski) nümayiş etdirəcək.
Festival iştirakçıları tamaşaları müzakirə edəcək, diskussiyalar aparacaq, səhnə nitqi və aktyorluq sənəti üzrə ustad dərslərində, teatrın quruluş hissəsinin mütəxəssisləri üçün məşğələlərdə iştirak edəcəklər. Festivalın yubileyi ilə əlaqədar MDB ölkələrinin rus teatrlarının son 25 il ərzində yaratdıqları ən maraqlı tamaşalardan bəhs edən “25 il birlikdə” adlı fotosərgi də açılacaq.