2 aprel dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Uşaq ədəbiyyatı ilə bağlı günün bu tarixə təsadüf etməsi məşhur danimarkalı yazıçı, uşaqlar üçün çoxsaylı maraqlı nağıllar müəllifi Hans Kristian Andersenin (1805-1875) aprelin 2-də anadan olması ilə bağlıdır.

Əlamətdar günün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın (İBBY) təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Beynəlxalq Uşaq Kitabı Günü cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək məqsədi daşıyır.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən “Elektron mühitdə uşaq və yeniyetmələrin mütaliəsi” adlı virtual metodik vəsait təqdim edilib.

Metodik vəsaitdə mütaliənin rolu, kitabxana işinin məqsədi, elektron kitabxanalarla ənənəvi kitabxananın fərqli və oxşar cəhətləri haqqında fikirlər, həmçinin vəsaitin II hissəsində isə dahi şəxsiyyətlərin mütaliə və kitabxana barədə fikirləri yer alıb.

Təqdim edilən vəsait yeniyetmə və gənclər, kitabxanaçılar, metodistlər, müəllimlər və digər istifadəçiər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı da təqdim edilib.

Metodik vəsaitlə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2023/elektron-muhitd-usaq-v-yeniyetm-l-rin-mutali-si