Ulu öndər haqqında poema çap olunub

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyatşünaslıq plyus” yaradıcılıq birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü İbrahim Yusifoğlunun eyniadlı poemasının yer aldığı “O, günəş ömrüdü, sönməyəcəkdir” kitabı işıq üzü görüb.

İnstitutdan bildirilib ki, kitab 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı işığında çap olunub.

Milli Məclisin sədr müavini Adil Əliyev Kitaba “Heydər Əliyev – böyük millət və dövlət xadimi” adlı ön söz yazıb. Kitabda həmçinin filologiya elmləri doktoru Salidə Şərifovanın “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında Heydər Əliyevin bədii obrazı haqqında” yazısı yer alıb.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, rəyçisi filologiya elmləri doktoru, professor Vüqar Əhməddir.

Poemada Ulu öndərin hələ sovet illərində Azərbaycanı geridə qalmış respublikadan qabaqcıllar sırasına çıxarması, onun keçmiş SSRİ-nin ali rəhbərliyində ən çətin və məsuliyyətli sahələrə məharətlə, yüksək peşəkarlıqla rəhbərlik etməsi, ideoloji işin ustası, mahir bilicisi kimi poetik misralarla məhəbbətlə tərənnüm olunub.