Azərbaycan

 

8 aprel 1956 – Əməkdar artist, tanınmış müğənni, bəstəkar Yaqub Zurufçu (1956 – 14.9.2021) Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub.

8 aprel 2021 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm Əlisəftər oğlu Bədirzadə (13.1.1945 – 2021) vəfat edib.

8 aprel 2022 – Əməkdar elm xadimi, akademik, tanınmış etnoqraf Teymur Əmiraslan oğlu Bünyadov (20.1.1928 – 2022) vəfat edib.

 

9 aprel 1905 – Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 – 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin tərtibçisidir.

9 aprel 1931 – Əməkdar incəsənət xadimi, teatrşünas, sənətşünaslıq doktoru, professor Rahib Abuzər oğlu Hüseynov (1931 – 5.5.1994) Bakıda doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun rektoru olub.

9 aprel 1946 – Tanınmış aktyor və rejissor Ceyhun Cəmil oğlu Mirzəyev (1946 – 5.3.1993) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. “Ögey ana”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib. “Fəryad” filminin rejissoru və baş rol ifaçısıdır.

9 aprel 2000 – Bakıda, Şəhidlər xiyabanında 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlmiş və burada şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılan abidənin açılışı keçirilib.

 

10 aprel 1923 – Yazıçı-dramaturq Salam Dadaş oğlu Qədirzadə (1923 – 16.11.1987) Bakıda anadan olub. “46 bənövşə”, “Sevdasız aylar”, “Sən olmasaydın” və s. nəsr əsərləri, “Şirinbala bal yığır”, “Hardasan, ay subaylıq?”, “Həmişəxanım” komediyalarının müəllifidir.

10 aprel 1928 – Əməkdar rəssam Solmaz Qurban qızı Musayeva (1928-2016) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rəssam və baş rəssam işləyib.

10 aprel 1930 – Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Musa İsrafil oğlu Adilov (1930-1996) Quba rayonunda anadan olub.

10 aprel 1939 – Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev (1939 – 11.6.2020) Cəlilabad rayonunda doğulub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

10 aprel 1979 – Əməkdar mədəniyyət işçisi, aşıq Şakir Şahverdi oğlu Hacıyev (1922-1979) vəfat edib.

10 aprel 2012 – Prezident İlham Əliyev görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında sərəncam imzalayıb.

10 aprel 2019 – Prezident İlham Əliyev Azərbaycan ictimai fikrinin tanınmış nümayəndəsi, publisist, şərqşünas Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

11 aprel 1854 – Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 – 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə doğum günü kimi 2, 7 aprel də göstərilir. “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.

11 aprel 1908 – Məşhur paleontoloq alim, akademik Musa Mirzə oğlu Əliyev (1908-1985) Şamaxı şəhərində doğulub. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti (1950-1958) olub.

11 aprel 1934 – Əməkdar mədəniyyət işçisi, fotojurnalist, Yaşar Xəlilov (1934-2018) Bakıda doğulub. Beş olimpiadanı (1972-1988) işıqlandırmış yeganə azərbaycanlı jurnalistdir.

11 aprel 1998 – Bakıda böyük Azərbaycan şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illiyi qeyd edilib.

 

Dünya

 

8 aprel 1692 – İtaliya bəstəkarı Cüzeppe Tartini (1692-1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.

8 aprel 1859 – Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub.

8 aprel 1973 – Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 25.10.1881 – 1973) vəfat edib. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: “Avinyonlu qızlar”, “Gernika”.

 

9 aprel 1821 – Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire; 1821-1867) anadan olub.

9 aprel 1906 – Amerikalı bəstəkar və dirijor Antal Dorati (1906-1988) anadan olub.

9 aprel 1933 – Fransız aktyoru Jan Pol Belmondo (Jean-Paul Belmondo; 1933 – 6.9.2021) anadan olub. Filmləri: “Son nəfəsdə”, “Missisipidə həyəcan”, “Professional” və s.

 

10 aprel 1847 – Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer; 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının təsisçisidir.

10 aprel 1932 – Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub; 1932 - 10.7.2015) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”. “Çingiz xan”, “On üçüncü döyüşçü” və s.

10 aprel 1937 – Tatar əsilli rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir.

 

11 aprel 1894 – Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub.

11 aprel 1914 – Kanada kinorejissoru və rəssamı, multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.

Hazırladı: V.Orxan