Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək
   
   Noyabrın 16-17-də Bakıda Azərbaycan Turizm İnstitutunun (ATİ) təşkilatçılığı ilə «Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər» adlı beynəlxalq elmi konfrans keçiriləcək.
   İnstitutun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalovun qəzetimizə verdiyi məlumata görə, ATİ-nin Elmi Şurasının qərarına əsasən keçirilən tədbirdə iştirak etmək üçün Polşa, Bolqarıstan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Avstriya və Özbəkistandan alimlər müraciət edib.
   Konfransda turizm və rekreasiya zonalarının tədqiqinin nəzəri və praktiki əhəmiyyəti; turizm bazarı, müasir vəziyyət: problemlər və inkişaf perspektivləri; kadr hazırlığı; turizm biznesinin təşkili və ibarə edilməsi; informasiya texnologiyalarının tətbiqi; turizm mədəniyyətlərarası dialoq vasitəsi kimi və s. bölmələr üzrə müzakirələr aparılacaq.
   Müraciətlər sentyabrın 15-dək qəbul edilir. Konfrans Bakı Turizm Peşə Məktəbinin konfrans zalında baş tutacaq.

  Fəxriyyə