Sirk bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növüdür.

Hər il aprel ayının 21-i Beynəlxalq Sirk Günü kimi qeyd edilir. Bu bayramın təşəbbüsü Ümumdünya Sirk Federasiyası tərəfindən 2010-cu ildə irəli sürülüb. Həmin gün müxtəlif ölkələrdə sirk həvəskarları üçün maraqlı proqramlar, festivallar, əyləncəli küçə yürüşləri və bir çox digər tədbirlər hazırlanır.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən “Beynəlxalq Sirk Günü” münasibətilə virtual metodiki vəsait hazırlanıb.

Vəsaitin əvvəlində milli sirk sənətinin yaranma tarixi, Azərbaycanda və xarici ölkələrdəki sirk sənəti haqqında, Şərq ölkələrində sirk teatrlarının yaradılması barədə fikirlər yer alıb. Materialda metodik köməklik məqsədilə əlamətdar günlə bağlı keçiriləcək tədbirlərin planı da verilib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir. Metodik vəsaitlə https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2023/beyn-lxalq-sirk-gunu linki vasitəsilə tanış ola bilərsiniz.