2012-2013-cü tədris ilindən Azərbaycan Turizm İnstitutunda üç yeni ixtisas tədris olunacaq. İnstitutun prorektoru Eldar Aslanovun bildirdiyinə görə, yeni dərs ilində ali məktəbdə reklam, dizayn və mədəniyyət idarəçiliyi ixtisasları üzrə tədrisin həyata keçirilməsi planlaşdırılır: «Azərbaycanın ixtisas-təsnifat siyahısında mədəniyyət idarəçiliyi ixtisası yoxdur. Biz gələn ildən mədəniyyət sahəsində menecerlərin hazırlığına başlamaq istəyirik. Ölkəmizdə çoxlu mədəniyyət müəssisəsi var ki, orada müasir dövrün tələbinə uyğun idarəçiliyin təşkili, onların marketinq, reklam işinin aparılması, xidmətlərin bazarın tələblərinə uyğunlaşdırılması sahəsində problemlər var. Yaxşı menecment təşkil olunarsa, dünyada aparıcı sahələrdən olan mədəniyyət iqtisadiyyat üçün çox faydalı olar».

Fəxriyyə