Bu ilin avqustunadək XVIII əsrin yadigarı, dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan Şəki Xan Sarayını 11 minə yaxın turist, habelə rəsmi qonaq ziyarət edib. Şəki Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, onlardan 2200 nəfərini əcnəbi turistlər təşkil edib.
   Bu ilin mayında Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin, iyunun sonu-iyulun əvvəlində Şəki şəhərində “İpək Yolu” III Beynəlxalq musiqi festivalının, iyulun 4-də sarayın 250 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirildiyi günlərdə saraya turistlərin gəlişində xüsusilə artım müşahidə olunub.
   Qeyd edək ki, ötən il ərzində Şəki Xan Sarayını 11 min 842 nəfər yerli və xarici turist ziyarət edib.  

 Ceyhun