Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Liatris” şirkətinin dəstəyi, “Art Studio and Gallery Turan” yaradıcılıq studiyasının təşkilatçılığı ilə Milli Xalça Muzeyində “İrsi izlər” adlı sərgi açılıb.
28 rəssamın 40-a yaxın əsərinin yer aldığı sərgi mədəniyyət sahəsinə hər zaman xüsusi diqqət və qayğısı göstərmiş Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Açılış mərasimində ictimaiyyət və mədəniyyət xadimləri, rəssamlar, sənətşünaslar iştirak ediblər.
Sərginin əsas məqsədi Azərbaycanın tarixini, adət-ənənələrini, mədəniyyətini, ailə dəyərlərini kətan üzərində sənətsevərlərə təqdim etməkdir.
Turan Muxtarzadə, Şəmirə Ağayeva, Nuranə Babayeva, Kəmalə Əliyeva, Reyhan Osmanova və digər rəssamların əl işləri maraqla qarşılanıb.
Əsərləri nümayiş olunan müəlliflərə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanları təqdim olunub.
Qeyd edək ki, sərgi günlərində ziyarətçilər rəsm əsərləri ilə tanış olmaqla yanaşı, bəyəndikləri əsərləri əldə edə bilərlər.
Sərgi aprelin 16-dək davam edəcək.