Aprelin 19-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasına daxil olan yeni kitablara baxış keçirilib. Tədbirdə oxucular, istehsalat təcrübəsində olan tələbələr və kitabxananın əməkdaşları iştirak ediblər.

Komplektləşdirmə şöbəsinin müdiri bildirib ki, yeni daxil olan ədəbiyyatlar adıçəkilən şöbədə əlifba və sistemli kataloqun tətbiqi və redaktəsindən sonra kitabxananın elektron kataloquna daxil edilir və oxucuların istifadəsinə verilir.

İştirakçılara Sevinc Nuruqızının “Şuşa”, Funda Özləm Şəranın “Dərslər başıma bəladır”, Əzizə Cəfərzadənin “Anamın nağılları”, Aysel Şıxlının “Qanadsız mələk” və digər kitablar haqqında məlumat verilib.