F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, SOS Uşaq Kəndində yaşayan uşaqlarla birgə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sədaqət və Cəsarət” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın elmi işlər üzrə direktor müavini SOS uşaq kəndinin balaca sakinlərinə Heydər Əliyevin tarixi xidmətlərindən, təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında ətraflı məlumat verib.

Daha sonra Ulu öndər haqqında tanınmış şəxslərin, dünya dövlətləri liderlərinin söylədikləri fikirlər, eyni zamanda Heydər Əliyevin özünün tarixə düşmüş kəlamları diqqətə çatdırılıb, dahi rəhbərin həyatından, fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonda uşaqlara kitabxananın “Göy qurşağı” jurnalı hədiyyə olunub.