Bolqarıstan Respublikası İqtisadiyyat, Energetika və Turizm Nazirliyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasındakı anlaşmaya uyğun olaraq sentyabrın 10-da ölkəmizin turizm şirkətlərinin əməkdaşlarından ibarət 6 nəfərlik heyət Bolqarıstana infotura yollanıb. Səfərin məqsədi Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı turist mübadiləsinin genişləndirilməsindən ibarətdir.
İnfotur iştirakçıları Sofiya, Velikoe Tarnova, Varna, Balçik, Pomorie, Plovdiv şəhərlərinə səfər edəcək, bu yerlərin tarixi, mədəniyyəti və turizm imkanları ilə yaxından tanış olacaqlar.
İnfotur iştirakçıları Sofiya, Velikoe Tarnova, Varna, Balçik, Pomorie, Plovdiv şəhərlərinə səfər edəcək, bu yerlərin tarixi, mədəniyyəti və turizm imkanları ilə yaxından tanış olacaqlar.