Bakı Turizm Peşə Məktəbinə sənəd qəbulu başa çatıb. Bu barədə qəzetimizə məlumat verən Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov bildirdi ki, sənəd qəbulu 11 ixtisas üçün 400 plan yerinə həyata keçirilib. 448 nəfər sənədlərini təqdim edib. Sentyabrın 12-də test əsasında imtahan keçirilib. Hələlik imtahanın nəticələri hazır deyil.
Prorektor bildirdi ki, imtahandan keçən şəxslər peşə məktəbində təhsilini davam etdirəcək. Turizm İnstitutu və peşə məktəbinin mütəxəssislərindən ibarət komissiya hazırda seçim aparır. Növbəti həftə imtahanın nəticələri ictimaiyyətə açıqlanacaq.
Fəxriyyə