Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş daha bir konsert keçirilib.
Aprelin 20-də gerçəkləşən konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Fəxrəddin Kərimov) və respublika və beynəlxalq müsabiqələr laureatı Şərif Bağırov (klarnet) çıxıb edib.
Proqramda S.Raxmaninovun “Romans və skertso”, P.Hindemitin “Simli orkestr üçün 5 pyes, op.44”, C.Gerşvin “Rhapsody in blue” (klarnet və simli orkestr üçün işləyəni T.Kim, ilk ifa), S.Kolric-Teylor “Simlilər üçün 4 novella, op.52” əsərləri səsləndirilib.
Konsert proqramı klassik musiqi həvəskarları tərəfindən maraqla qarşılanıb.