2030-cu ildə dünya üzrə turistlərin sayı 1,8 milyardı keçəcək
Dünya Turizm Təşkilatı ekspertlərinin hesablamalarına görə, 2012-ci ildə 1 milyarda qədər insan turist kimi müxtəlif yerlərə səfər edib.
Bunu Bakıda jurnalistlərə açıqlamasında DTT-nin baş katibi Taleb Rifai bildirdi. Onun sözlərinə görə, 1950-ci ildə bu rəqəm cəmisi 22 milyon olub. Baş katib qeyd etdi ki, bu ilin ilk 6 ayı ərzində dünyada, xüsusilə Avropa ölkələrində tüğyan edən maliyyə böhranına baxmayaraq, turizm sahəsində 5,2 faiz artım müşahidə olunub.
Bu da noyabr-dekabr aylarına qədər dünyada səyahət edən insanların sayının 1 milyard nəfərə çatmasına ümid verir: «Eyni zamanda bizim tədqiqatlar və araşdırmalar göstərir ki, 2030-cu ildə 1 milyard 800 milyon insan sərhədləri keçəcək. Bu isə o deməkdir ki, hər gün 5 milyon insan səyahət edəcək».
Fəxriyyə Abdullayeva