Sentyabrın 18-də Fransanın Paris şəhərində "Top Resa - 2012" beynəlxalq turizm sərgisi başlanıb. 
   Sentyabrın 21-dək davam edəcək sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev və AzTV-nin 2 əməkdaşı daxildir. Həmçinin sərgidə 4 yerli turizm şirkəti, "Geo Travel", "Gilan Tourism", "Millennium Tourism and Congress DMC" və "SW travel" şirkətləri təmsil olunur.
   Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 71.25 kv.m sahədə lövhə quraşdırılıb, lövhədə "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları paylanacaq.
   2009-cu ildən başlayaraq Azərbaycan dördüncü dəfədir ki, "Top Resa" sərgisində təmsil olunur.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar