Sentyabrın 20-də Yaponiyanın paytaxtı Tokio şəhərində “JATA-2012" Beynəlxalq turizm sərgisi başlanıb. Ayın 23-dək davam edəcək sərgidə ölkəmizdən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Heyətə nazirliyin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov, Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Fikrət Məmmədov, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov, Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfər üzvü və "Azad Azərbaycan" telekanalının 2 nümayəndəsi daxildir. Həmçinin sərgidə ölkəmizdən "Geo Travel", "ENC tours" və "İmprotex travel" turizm şirkətləri təmsil olunur.
   Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 63 kv.m sahədə xüsusi lövhə quraşdırılıb. Ziyarətçi və iştirakçılara ingilis və yapon dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları təqdim olunacaq.
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, “JATA" beynəlxalq turizm sərgisində iştirak edir. Bu il adıçəkilən sərgidə respublikamızla yanaşı, 140 ölkədən turizm şirkətləri də təmsil olunacaq.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar