Azərbaycanda «Neft, Qaz və Media» konfransında iştirak edən xarici jurnalistlər sentyabrın 17-də Bakının bir sıra tarixi yerləri ilə tanış olublar. Onlar təəssüratlarını azərbaycanlı həmkarları ilə bölüşüblər. 

   Böyük Britaniyadan olan analitik Metyu Hulbert bildirib ki, Bakı artıq bir Avropa şəhəridir: «Azərbaycan paytaxtı məndə çox xoş təəssürat yaratdı. Müasir Avropa şəhərləri ilə müqayisə oluna biləcək infrastruktura, tarixi məkanlara malik olması Bakını dünyada möhtəşəm şəhərlərdən biri kimi tanıdıb. Burada son vaxtlar keçirilən beynəlxalq səviyyəli tədbirlər onu deməyə əsas verir ki, Azərbaycanın paytaxtı dünya standartlarına uyğun olaraq inkişaf edir».
   Azərbaycana ilk dəfə gəldiyini deyən ABŞ-ın nüfuzlu «Forbes» jurnalının müxbiri Kaşmir Hill bildirib ki, paytaxtımızda çox gəzmək imkanı olmasa da, ilk baxışdan şəhər xoşuna gəlib. Bakının arxitekturasını çox bəyənən qonaq bildirib ki, qədim və yeni binaların qarışığı şəhərə xüsusi gözəllik verir.
   İsveçrəli Mark Queniat isə İçərişəhəri gəzdiyini, Azərbaycanın milli mətbəxinin təamlarını bəyəndiyini deyib. O, Azərbaycanda çox yüksək səviyyədə qarşılandıqlarını qeyd edərək insanların qonaqpərvər olduğunu diqqətə çatdırıb.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar