BMT-nin baş katibi 27 sentyabr - Dünya Turizm Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Bakı ofisindən verilən məlumata görə, müraciətdə bildirilir ki, builki Dünya Turizm Gününün mövzusu “Turizm və davamlı enerji: davamlı inkişafı gücləndirərək” şüarıdır. “Dünyanın ən geniş iqtisadi sektorlarından biri olan turizm, ətraf mühitin davamlılığı, təbii inkişaf və enerji ilə əlaqədə iqlim dəyişikliyinə qarşı mübarizəmizi təbliğ etmək üçün xüsusilə önəm daşıyır. Yer üzərində yüzlərlə, milyonlarla insan geniş enerji istifadəsi tələb edən bu sektordakı gəlirdən asılı vəziyyətdədir. Hər kəsin davamlı turizmdə bir öhdəliyi var. Mən turizm icmasını davamlı enerji naminə gördükləri işlərə görə alqışlayıram. Həmçinin turistlərə ekoloji cəhətdən təmiz yerlər və təchizatçılar seçdikləri üçün təşəkkür edirəm. Bugünkü Dünya Turizm Günündə mən bu qlobal sektorda işləyən və bu sektordan faydalanan hər kəsə müraciət edərək, hamı üçün davamlı gələcək qurulmasına qoşulmağa çağırıram”, - deyə müraciətdə vurğulanır.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar