Olaylar, faktlar (2 – 5 may)

 

155 il əvvəl...

 

2 may 1868-ci ildə çar Rusiyasının işğalçı qoşunları Səmərqəndə daxil olublar. Bölgəyə nəzarət edən Buxara xanı Səmərqəndi Rusiyaya güzəştə getdi, indiki Özbəkistanın bir hissəsi Rusiya imperiyasına birləşdirildi.

 

104 il əvvəl...

 

5 may 1919-cu ildə İsveçrədə Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Liqası təsis edilib. Hazırda Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası adı altında fəaliyyət göstərir. Mənzil-qərargahı Cenevrə şəhərindədir.

 

103 il əvvəl...

 

5 may 1920-ci ildə Azərbaycanda bolşevik hökuməti – Müvəqqəti İnqilab Komitəsi bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi barədə qərar qəbul edib. Üstündən bir neçə il ötəndən sonra həmin torpaqlar kəndlilərdən zorla geri alınaraq kolxoz təsərrüfatlarına verildi.

 

74 il əvvəl...

 

5 may 1949-cu ildə Avropa qitəsinin insan hüquqlarını müdafiə edən aparıcı təşkilatı – Avropa Şurası yaradılıb. Londonda keçirilən mərasimdə təşkilatın nizamnaməsini 10 dövlət – Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Danimarka, İrlandiya, Lüksemburq, Niderland, Norveç, İsveç imzalayıb. Sonrakı illərdə təşkilatın sıraları genişlənib. Hazırda üzv sayı (2022-ci ildə Rusiya təşkilatdan çıxandan sonra) 46-dır. Azərbaycan Avropa Şurası üzvlüyünə 2001-ci il 25 yanvarda qəbul olunub. Təşkilatın mənzil-qərargahı Fransanın Almaniya ilə sərhəddəki Strasburq şəhərindədir. Bu şəhər II Dünya müharibəsindən sonra iki ölkə arasında barışığın simvolu kimi məxsusi olaraq seçilib.

 

32 il əvvəl...

 

3 may 1991-ci ildə Namibiyada keçirilən beynəlxalq forumda dünya dövlətlərinin rəhbərlərini mətbuat azadlığını təmin etməyə çağıran “Vikhduk Bəyannaməsi” imzalanıb. BMT Baş Assambleyasının 21 dekabr 1993-cü il tarixli qərarına əsasən, hər il mayın 3-ü “Dünya mətbuat azadlığı günü” kimi qeyd olunur.

 

7 il əvvəl...

 

5 may 2016-cı ildə Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə 5 may Azərbaycanda “Xalçaçı günü” peşə bayramı kimi təsis edilib.

Hazırladı: V.Orxan